Xəbər lenti

Reuters: ABŞ kəşfiyyatı İranda ölümcül terror aktında iştirak edənlərin adlarını açıqladı
Dünya13:08 07.01.2024

Reuters: ABŞ kəşfiyyatı İranda ölümcül terror aktında iştirak edənlərin adlarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar tərəfindən ələ keçirilən danışıqlar general Qasım Süleymaninin məzarı önündə keçirilən yürüş zamanı törədilən ölümcül partlayışların arxasında "İslam dövləti”nin Əfqanıstan qolu olduğunu təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Kəşfiyyat məlumatları dəqiqdir və danılmazdır”, - agentliyin həmsöhbətlərindən biri deyib. 
Mənbələr əlavə təfərrüatlar təqdim etmədən ABŞ kəşfiyyat məlumatlarının ələ keçirilən danışıqlardan ibarət olduğunu bildirib.
Xatırladaq ki, iranda terror aktı İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin 2020-ci ildə ABŞ-ın xüsusi əməliyyatı nəticəsində ölümünün ildönümü ilə bağlı keçirilən mərasimdə məzarının yaxınlığında baş verib.
Son məlumatlara görə, iki partlayış nəticəsində azı 103 nəfər ölüb, 210-dan çox insan yaralanıb.
Bundan bir müddət sonra "İslam dövləti” hücuma görə məsuliyyəti öz üzərinə götürərək bildirib ki, iki kamikadze Qasım Süleymaninin anım mərasimi zamanı hücumu həyata keçirib.
Nizami Bağırov