Xəbər lenti

İdman 21:46 05.06.2022

"Roland Garros": Rafael Nadal 14 qat qalib oldu

Tennis üzrə Fransa açıq çempionatında ("Roland Garros") kişilərin fərdi mübarizəsində final görüşü keçirilib.

"Report"un məlumatına görə, dünyanın 5-ci raketka ustası və Böyük Dəbilqə seriyalı turnirlərin 21 qat qalibi, ispaniyalı Rafael Nadal reytinqcə 8-ci olan norveçli Karper Ruudla üz-üzə gəlib.

2 saat 20 dəqiqə davam edən görüşdə Nadal 6:3, 6:3, 6:0 hesablı qələbə qazanıb.

Beləliklə, o, "Roland Garros"un 14 qat qalibi olub. İyunun 3-də 36 yaşını qeyd etmiş spaniyalı tennisçi həm də kişilərin yarışında bu turniri qələbə ilə başa vuran ən yaşlı tennisçi olub. Nadal ilk belə uğura 2005-ci ildə yiyələnib.

Qadınların şəxsi mübarizəsində qalib adını isə bir nömrəli tennisçi, polşalı İqa Svyontek əldə edib. O, finalda ABŞ-dan olan reytinqdə 18-ci raketka ustası Kori Hauffu yenib - 6:1, 6:3.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 43 milyon avro olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->