"Ukraynaya səfər etməyə hazıram lakin səfərin baş tutacağına əmin deyiləm".
Qaynarinfo xəbər verir ki, bunu Roma Papası Fransisk jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu görüş vacibdir, uyğun olarsa baş tutacaq:
"Kimlərsə məndən soruşdu. Səmimi şəkildə hər zaman hazır olduğumu bildirdim. "Yox" mövcud deyil. Lakin səfərin baş tutacağını, uyğun olub-olmayacağını bilmirəm".