"Əl-Nasr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo maaş borcuna görə "Yuventus"u məhkəməyə vermək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport” məlumat
yayıb.
Ronaldonun "Yuventus"la gizli müqaviləsi olub və bu, pandemiya zamanı Turin klubuna maaşların ödənilməsini təxirə salmağa imkan verib. İtalyanlar Ronaldoya 19,9 milyon avro ödəməlidir. Portuqaliyalının klubdan ayrılacağı təqdirdə bu ödənişin edilməsi vəd verilibmiş.
Qeyd edək ki, Ronaldo 2018-2021-ci illərdə Turin klubunun formasını geyinib. O, 134 oyunda 101 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyalı ulduz bu ilin 2 yanvarında ildə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.
Aydın
Şərhlər