Xəbər lenti

Rumın tennisçiyə ağır cəza
İdman 11:51 13.09.2023

Rumın tennisçiyə ağır cəza

31 yaşlı rumıniyalı tennisçi Simona Halep birillik müvəqqəti qadağanın ardınca dopinqdən istifadə etdiyi üçün cəzası dörd ilə yüksəldilib. 

Qaynarinfo-nun məlumatına görə, Halep yalnız 2026-cı ildə idmana qayıtmaq şansı ola biləcək. Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) keçən il "ABŞ Açıq"da qadağan olunmuş qan gücləndiricisi "roxadustat" testi pozitiv çıxdıqdan sonra 31 yaşlı tennisçi 2022-ci ilin oktyabrında müvəqqəti olaraq idmandan uzaqlaşdırılmışdı. 

ITIA-nın verdiyi açıqlamada, karyerasında iki dəfə böyük dəbilqə çempionluğu yaşayan keçmiş dünya "1 nömrə"si olan Halepin dörd il müddətinə diskvalifikasiya edildiyi bildirilib.

Cəza müddəti 2026-cı ilin oktyabrında başa çatacaq. Bundan sonra tennisçinin qərardan apellyasiya şikayəti vermək hüququ olacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->