Dünya 16:53 26.05.2023

Rus qubernator Krasnodarda baş verən partlayışın səbəbini etiraf etməli oldu...

Krasnodarda partlayışa səbəb iki pilotsuz uçan aparatın düşməsi olub.

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz "Telegram" kanalında bildirib.

"Binalara ziyan dəyib, lakin həyatı təmin edən infrastruktura ziyan dəyməyib. Ən əsası isə tələfat olmayıb”, - deyə o yazıb.

Qubernator həmçinin əlavə edib ki, dəymiş ziyan "tezliklə” bərpa olunacaq və evlərinə ziyan dəymiş şəxslərə yardım göstəriləcək.

Xatırladaq ki, Krasnodarda partlayış saat 5:17-də Morskaya küçəsi yaxınlığında baş verib. Bir inzibati binaya və yaşayış binasına ziyan dəyib.

Alpər