Rusiya Ali Məhkəməsi "Beynəlxalq LGBT Hərəkatını" ekstremist kimi tanıyıb və ölkədə fəaliyyətini qadağan edib.
Qayanrinfo xəbər verir ki, vu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, Rusiyada LGBT hərəkatının qadağan edilməsi barədə qərar dərhal qüvvəyə minir. Ali Məhkəmənin iclası noyabrın 30-da bağlı qapılar arxasında keçirilib. Agentliyin məlumatına görə, iddiaya cavabdehin nümayəndəsi olmadan baxılıb.
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin "Beynəlxalq LGBT İctimai Hərəkatını” ekstremist təşkilat kimi tanımaq üçün məhkəməyə müraciət etməsi faktı noyabrın 17-də məlum olub. Nazirlik onun Rusiya ərazisində fəaliyyətini qadağan etməyi tələb edib. Kreml Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətinə münasibət bildirməyib.
Ədliyyə Nazirliyinin sorğusunda qeyd olunub ki, "Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən LGBT hərəkatının” fəaliyyəti "ekstremist yönümlülük, o cümlədən sosial və dini nifrətin qızışdırılması” əlamətlərini aşkar edib.
2022-ci il noyabrın 24-də Dövlət Duması LGBT təbliğatını, pedofiliyanı və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul edib və pozuntulara görə cərimələr tətbiq edib.
Sənəd 2022-ci ilin dekabrında Rusiya prezidenti tərəfindən imzalanana qədər ölkədə yalnız uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliği qadağan edilmişdi.
Aydın