Xəbər lenti

Rusiya Ali Məhkəməsinin 33 illik sədri vəfat etdi
Dünya 14:30 24.02.2024

Rusiya Ali Məhkəməsinin 33 illik sədri vəfat etdi

Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev dünyasını dəyişib. O, 80 yaşında vəfat edib.

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, Lebedev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qəzetin yazdığına görə, söhbət onkoloji xəstəlikdəb gedir. Ali Məhkəmənin sədri xəstəxanada dünyasını dəyişib.

Ali Məhkəmənin mətbuat katibi Pavel Odintsov RBK-ya bildirib ki, Lebedevin birinci müavini Petr Serkov müvəqqəti olaraq Ali Məhkəmənin sədri vəzifəsini icra edəcək.

Lebedev 14 avqust 1943-cü ildə Moskvada anadan olub, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1970-ci ildə hakim olub, 1986-cı ildə isə Moskva Şəhər Məhkəməsinə rəhbərlik edib. 1989-1991-ci illərdə RSFSR Ali Məhkəməsinin sədri, 1991-ci ildən isə Rusiya Ali Məhkəməsinin sədri olub.

Lebedevlə Putin arasında sonuncu görüş fevralın 6-da baş tutub və orada uşaqlı qadınların həbsinə qadağa qoyulması məsələsi müzakirə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->