Rusiya Finlandiyanın paytaxtı Helsinkidəki Rusiya səfirliyinin iki əməkdaşının ölkədən çıxarılmasına əks cavab verib.
Qaynarinfo xəbər verir ki, Finlandiyanın Moskvadakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan
edilib.
"Rusiya tərəfi Finlandiyanın Moskvadakı səfirliyinin iki əməkdaşının Rusiya Federasiyasında bundan sonra da qalmasının qəbuledilməzliyi barədə qərar qəbul edib”, - Rusiya diplomatik departamentinin mətbuat xidməti bildirib.
Güzgü tədbirlərinin tətbiqi Finlandiyanın səfiri Antti Helanteraya bildirilib. Bundan əlavə, ona "Rusiya əleyhinə Aİ sanksiyaları kampaniyası çərçivəsində Rusiyanın Helsinkidəki səfirliyinin iki əməkdaşının əsassız olaraq Finlandiyadan çıxarılması” ilə bağlı etiraz edilib.
Həmçinin Rusiya diplomatik departamenti Ukraynaya silah tədarükünü və Finlandiyanın qarşıdurma kursunu qəbuledilməz adlandırıb.
Bir gün əvvəl, mayın 16-da İsveçin ardınca Finlandiya NATO-ya üzvlük üçün müraciət etdi, ABŞ isə Türkiyənin bu perspektivə müqavimət göstərməsinə baxmayaraq, bu məsələdə konsensusun tapılacağına inanır.
Alpər