Xəbər lenti

Rusiya müdafiə nazirinin müavininin qardaşı oğlu Ukraynada öldürüldü (VİDEO)
Dünya08:49 23.05.2022

Rusiya müdafiə nazirinin müavininin qardaşı oğlu Ukraynada öldürüldü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun qardaşı oğlu, desant-hücum tağımının komandiri Adam Xamxoyev bir gün əvvəl Ukraynada döyüşlər zamanı öldürülüb.
Qaynarinfo Baza Teleqram Kanalına istinadla xəbər verir ki, Qarabulaqda (İnquşetiyada) bu gün Yunus-Bek Yevkurovun qardaşı oğlu Adam Xamxoyev dəfn edilib. 
Kapitan Xamxoyev mayın 21-nə keçən gecə ölüb. Onun ölümü ilə bağlı dünən İnquş mediası məlumat yayıb.
Dəfn mərasimindən olan bu videoda Evkurovlar və Xamxoyevlər nəslinin nümayəndələri var.
O cümlədən, kadrda Yunus-Bek Yevkurovun qardaşı Uvays Yevkurov da var.
Alpər