"Neftin birdən-birə tam qiymətdən düşməsi heç cür iqtisadi qanunauyğunluqlarla yozulmur. Yəni, bi iqtisadi amil deyil. Siyasi amil olduğu göz önündədir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli neftin qiymətinin düşməsini şərh edərkən deyib. Onun sözlərinə görə, bunu neft istehsal edən ölkələrin və eləcə də bəzi dövlətlərin neft bazarlarına sahiblənmək uğrundakı mübarizəsinin nəticəsi kimi qiymətləndirmək olar:
"Bir neçə aydır ki, Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında hakim mövqeləri öz əllərinə almaq və neft bazarına bir növ hökm vermək, OPEK-i də öz təsirləri altına almaq üçün maksimum qüvvə sərf edirlər. Bu prosesdə Amerika Birləşmiş Ştatları da fəal iştirak edir. Neftin qiymətdən düşməsində ilikn təkan rolunu Rusiyanın mövqeyi oynadı. Belə ki, Moskva OPEK-in 2 ay bundan əvvəl keçirilən iclasında neft hasilatının məqbul dərəcədə azaldılması və onun qiymətlərinin maksimim düşməsinə əngəl törədilməsi təklifinə tərəfdar çıxmadı. Neft hasilatını azaltmaq istəyən ölkələrin təkliflərinə qoşulmadı. Hətta neft hasilatını artıracağını bəyan edərək OPEK-in iclasından yarımçıq çıxdı. Həmin gecə birjalarda neftin qiyməti kəskin sürətdə enməyə başladı. Bu, bazar ertəsinə təsadüf etdiyindən OPEK-in iclasından sonra neftin qiymətinin enməsini "qara bazar ertəsi" kimi tarixə yazdılar".
Qabil Hüseynli bildirib ki, Rusiya prezidenti Putinin ətrafında olan bəzi oliqarxlar başda Rusiyanın hərəkətini alqışlayaraq bildirdilər ki, neftin hasilatını artırmaqla onlar dünya bazrında, xüsusi ilə Avropa bazarlarına ABŞ-ın daxil olmasının qarşısını alacaqlar:
"Düşünürdülər ki, köhnə neft satışı bazarlarla yanaşı, yeni bazarları da ələ keçirəcəklər. Amma bu baş vermədi, hətta neftin qiymətinin maya dəyərindən də açağı düşməsinin proqnozu verildikdən sonra Rusiya dərin peşimançılıq hissi keçirsə də, bir nəticə vermədi. Səudiyyə Ərəbistanı ilə danışıqlara getmək məcburiyyətində qaldı. Təxminən razılaşdılar ki, neftin hasilatını həm Səudiyyə Ərəbistanı, həm Rusiya, həm də digər OPEK üzvləri azaltsınlar. Telekonfrans vasitəsi ilə aparılan danışıqlar prosesində OPEK və onun üzvü olmayan ölkələr də iştirak edirdi. Bu danışıqlardan sonra neftin qiymətində qalxma başladı. Amma dünən birdən-birə neftin qiymətinin düşməsi sözün əsl mənasında görünməmiş bir hadisədir. Bunu iqtisadi amilərlə yozmaq mümkun deyil. Bu, birjadaxiıli oyunlardır. Bu oyunların başında da müəyyən ölkələrin durduğunu söyləmək mümkündür".
Politoloq hesab edir ki, bu proses neft bazarında kəskin xaosun yaradılması, neft istefhsal edən ölkələrin, xüsusən də neft istehsalından asılı ölkələrin maliyyə vəziyyətinin pisləşməsinə yönəldilmiş bir addımdır:
"Mən bunu keçici addım adlandırıram. Burada əsas hədəf Rusiyaya qarşı yönəlib. Bu proseslərin başında dayanan ölkələrin adlarını çəkməkdə çətinlik çəkirəm. Amma hər halda Səudiyyə Ərəbistanı və Qərb dünyasının bəzi ölkələrinin bu prosesdə rol ala biləcəyini istisna etmirəm. Bu, bəzi dövlətləri Avropa bazarlarından və digər əhəmiyyətli bazarlardan vurub çıxarılmağa hesablanmış bir addaımdır. Bir həftəyə proses başa çatacaq. Bazarların yenidən bölüşdürüləcəyinə hesablanmış bir addım kimi prosesin başa çatacağına inanaıram".
Bahar Rüstəmli