Xəbər lenti

Rusiya Nikolayevin mühasirəsi üçün Ukraynanın cənubuna 25 min əsgər göndərdi - The Times
Dünya09:33 06.08.2022

Rusiya Nikolayevin mühasirəsi üçün Ukraynanın cənubuna 25 min əsgər göndərdi - The Times

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya komandanlığı Ukraynanın cənubuna 25 min hərbçi yerləşdirib, onlardan 10 mini Dnepr çayının qərb sahilindədir. Məqsəd Nikolayevi mühasirəyə almaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat yayıb.
Son həftələrdə Donbas və Krımdan hər biri 500-800 nəfərdən ibarət 9 rus bölməsi bölgəyə yerləşdirilib.
Nəşr yazır ki, bu, Rusiyanın əks-hücum əməliyyatı və son bir ayda cəbhə xəttini Nikolayevdən təxminən 2 kilometr irəliləyən Ukrayna ordusunun uğurlu irəliləməsi barədə bəyanatlara cavabıdır.
Eyni zamanda qeyd edilir ki, Odessaya daha da irəliləmək üçün Nikolayevin tutulması lazımdır. Rusiya Federasiyası üçün də hücum lazım ola bilər ki, Xerson vilayətində Dnepr üzərindən keçən körpülər Ukraynanın qəbul etdiyi HIMARS sistemlərinin imkanlarından kənarda olsun.
Rusiyanın qoşunlarını cənuba kütləvi şəkildə köçürməsiylə bağlı bir qədər əvvəl Britaniya kəşfiyyatı məlumat yayıb. İşğal altında olan Melitopol, Berdyansk, Mariupol və materik Rusiyadan qüvvələrin Krım körpüsü ilə Krıma köçürülməsi haqda məlumatlar var.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda müharibənin yeni mərhələsi başlayacaq və onun təxminən 350 km uzunluğunda əsas cəbhəsi cənubda olacaq.
Alpər