Ukrayna rəsmiləri bildirir ki, Rusiya hərbi parad keçirdiyi vaxtda Ukraynanın şərqinə şiddətli hücumu davam etdirir.
Qaynarinfo "Reuters" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna hərbi komandanlığı
bildirib.
Rusiyanın nəzarəti altında olan Krımdan Odessa şəhərinə 4 ədəd yüksək dəqiqlikli "Oniks" raket zəbrəsi endirilib.
Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar bildrib ki, Rusiya qüvvələri indi ölkənin şərqi istiqamətində irəliləməyə çalışır. Ancaq burada vəziyyətin çətin olduğu bildirilir. Ona görə də ruslar indi Xarkov ətrafına cəmləşiblər və ərazi şiddətli atəşə tutulur.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin şərqindəki məktəbi atəşə tutması nəricəsində onlarla insanın öldüyünü bildirib.
Nurlan Hüseynov