Qərbin təzyiqləri fonunda Rusiya ölkə ərazisində “Amerikanın səsi” radiosunun fəaliyyətini dayandırıb.
ANS PRESS-in məlumatına görə, Rusiya "Amerikanın səsi" ilə müqaviləni yeniləməyib. Bu barədə “Rusiya bu gün” agentliyinin direktoru Dmitri Kiselyovun məktubunda bildirilib.
ABŞ-ın “Amerikanın səsi” və “Azadlıq” radiolarının da işini koordinasiya edən Yayım Məsələləri üzrə İdarəçilər Şurasına (BBG) ünvanlanan məktubda 810 AM tezlikdə yayımın aparılması barədə öncəki sazişin qüvvəsinin dayandırıldığı qeyd olunur.
“Biz əməkdaşlığı davam etdirməyə hazırlaşmırıq”, - deyə Kiselyovun yazılı xəbərdarlıq müraciətində bildirilir.
Bu rus və ingilis dilində yayımlanan radio proqramın Moskvada bağlanması deməkdir.
"Moskva səhv yolu seçmiş və ifadə azadlığını məhdudlaşdırmaq qərarına gəlib. Bu fundamental dəyər bir çox ölkə tərəfindən paylaşıldı. BBG online platformalar və peyk data vasitəsilə Rusiya auditoriyası üçün işə davam edəcəyik” – deyə “Amerikanın səsi"nə BBG-nin rəhbəri Ceff Şhell bildirib.
Qeyd edək ki, Dmitri Kiselyov Krım hadisələrinə görə Rusiya rəsmilərinə Aİ tərəfindən tətbiq olunan sanksiyaları siyahısında 12 şübhəlidən biridir.
Xatırladaq ki, "Amerikanın səsi" 1942-ci ildə ABŞ-da yaradılıb. Hal-hazırda ingilis və 45 digər dillərdə efir xəbəri , informasiya və mədəniyyət proqramlarının əsasını təşkil edir. Rus bölməsi 1947-ci ildə radio ilə yayımlanır. Rusiya xidməti əməkdaşları əsasən immiqrantlar idi. Sovet dövründə, radio "Azadlıq" ilə yanaşı, "Amerikanın səsi" SSRİ-də baş verənlər hadisələr haqqında ən mühüm mənbələrdən biri olub.