Xəbər lenti

“Rusiya separatçıları radikallığa təhrik edir” - Politoloq
Siyasət10:43 24.07.2023

“Rusiya separatçıları radikallığa təhrik edir” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə şou xarakterli gedişlərlə qondarma rejim gündəmdə qalmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Qarabağ separatçılarının iyulun 25-də Xankəndidə müddətsiz aksiyalara start verəcəkləri barədə məlumatı şərh edərkən deyib: 
"Qondarma rejimin nümayəndələri bundan öncə də dəfələrlə kəskin bəyanatlar verərək, guya hansısa radikal addımlar atacaqlarını bildiriblər. Qondarma rejimin başçısı Araik Arutyundan da ən son bəyanatında bir həftə vaxt verdiklərini və ona qədər dünya birliyinin Laçın yolu ilə bağlı məsələyə öz münasibətini bildirməli olduğunu bəyan edib. Aşığın sözü qurtaranda "dalay-dalay” dediyi kimi, qondarma rejim də təsirli tədbirlər görmək imkanları tükəndiyindən, yalnız müxtəlif siyasi şou xarakterli gedişlər etməklə gündəmdə qalmaq istəyir”. 
Ekspert düşünür ki, prosesin arxasında duran qüvvə Rusiyadır: 
"Amma aydın məsələdir ki, prosesin arxasında tək qondarma rejim dayanmır. Onlara havadarlıq edən Rusiyadır. Moskva bu yolla Brüssel və Vaşinqton formatında aparılan sülh prosesinini əngəlləməyə çalışır. Qondarma rejimin bu kimi radıkal addımları olmasa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində kifayət qədər nəticələr əldə edilə bilər. Bu isə birbaşa Moskvanın maraqlarına ziddir. Rusiya qondarma rejimi ayaqda saxlamaqla özünün geosiyasi maraqlarını zorla qoruyub saxlamaq istəyir”. 
Qeyd edək ki, Qarabağ separatçıları iyulun 25-dən etibarən Xankəndidə müddətsiz aksiyalara start verəcək. Bu barədə qondarma rejimin "dövlət  naziri” Qurgen Nersisyan məlumat verib. Separatçıların nümayəndəsi açıqlamasında qeyd edib ki, qondarma "Artsax”ın "blokada” şəraitində olması bölgədə vəziyyəti gərginləşdirib. 
Rüfət Sultan