Xəbər lenti

Rusiya Şimali Koreya lideri Kim Çen Ina medal verdi (FOTO)
Dünya07:46 05.05.2020

Rusiya Şimali Koreya lideri Kim Çen Ina medal verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KXDR rəhbəri Kim Çen In ölkəsində həlak olmuş və dəfn edilmiş Sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsindəki xidmətlərinə görə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın KXDR-dəki səfirliyinin Facebook səhifəsində məlumat verilib.
Xəbərdə deyilir ki, mayın 5-də Mansude Konqres Sarayında Rusiya səfiri Aleksandr Matseqor medalı KXDR Xarici İşlər naziri Li Song Qvona təhvil verib. 
Qısamüddətli söhbətdən sonra, tərəflərin 2019-cu ilin aprelində Vladivostokda əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəldilmiş razılaşmalarının icrası üçün səylərini davam etdirmək öhdəliklərinə sadiq olduqlarını bildiriblər.
Alpər