Xəbər lenti

Rusiya sülhməramlılarına yeni komandir təyin edildi - O kimdir?
Siyasət10:52 31.08.2023

Rusiya sülhməramlılarına yeni komandir təyin edildi - O kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni komandir təyin edilib. 
Qaynarinfo xəbər verir ki, general-polkovnik Aleksandr Lentsovu general-mayor Kirill Kulakov əvəzləyib.
Aprelin sonunda təyinat almış Lentsov dörd ay RSK komandiri vəzifəsində çalışıb. 
Yeni komandir haqqında nə məlumdur?
20 iyul 1969-cu ildə Rostov vilayətinin Matveevo-Kurqan rayonunun Novo-Andrianovka kəndində anadan olub. Kazan Suvorov Hərbi Məktəbini, Kazan Ali Tank Komandanlıq Məktəbini, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələri Akademiyasını bitirib. 11.06.2016-cı il tarixində ona "general-mayor” hərbi rütbəsi verilib.
Hərbi xidmətdə aşağıdakı vəzifələrdə xidmət edib: tank tağımının komandiri, tank rotası komandirinin müavini, qərargah rəisi - tank batalyonunun komandir müavini, tank batalyonunun komandiri. 2004-cü ildən dərs deyir, dosentdir. Kazan Ali Hərbi Komandanlıq Məktəbinin (Hərbi İnstitutun) zirehli silah və texnikanın istismarı, silah və atıcılıq kafedralarına rəhbərlik edib.
O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasının filialının rəis müavini vəzifəsində çalışıb. 2014-cü ildə yenidən hərbi xidmətə başlayıb. Tank və motoatıcı briqadalara komandirlik edib. 2017-ci ildə Kazan Ali Tank Komandanlığı Məktəbinin rəisi təyin edilib.
O, "Vətənə xidmətə görə” 4-cü dərəcəli qılıncla, "Şücaət” ordeni, "Şərəf” ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə” medalı və doqquz idarə fərqlənmə nişanı ilə təltif edilib. Evlidir, bir qızı var.
Alpər