Xəbər lenti

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin beşinci mərtəbəsindən yıxılıb öldü
Dünya05:54 21.07.2023

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin beşinci mərtəbəsindən yıxılıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarəsinin binasının beşinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. 
Qaynarinfo xəbər verir ki, nazirlikdən bildirildiyinə görə, 30 yaşlı Rusiya vətəndaşı tərəfindən onun adına narkotik vasitə, demetoksifenetilamin olan bağlamanın alınması barədə əməliyyat məlumatı daxil olub.
Nəticədə cinayət işi başlanıb.
Həmin şəxs bir gün əvvəl nəzarətə götürülüb. İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı idarəsinin binasına gətirilib.
İstintaq hərəkətləri başa çatdıqdan sonra onun İstintaq Komitəsinin pəncərəsindən yıxıldığı bildirlib.
Alpər