Xəbər lenti

Rusiya XİN NATO ilə hərbi münaqişəni istisna etmir:
Dünya 16:34 29.11.2023

Rusiya XİN NATO ilə hərbi münaqişəni istisna etmir: "Biz hazırıq"

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ilə NATO arasında silahlı qarşıdurma istisna deyil.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Rusiyanın "İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Eyni zamanda Ryabkov əlavə edib ki, eskalasiyanın mümkünlüyü Şimali Atlantika Alyansından asılıdır.

"Biz artıq nümayiş etdirildiyi kimi, əlimizdə olan bütün vasitələrlə milli maraqlarımızı müdafiə etməyə hazırıq", deyə nazir müavini bildirib. 

Rusiya nazir müavini Alyansın "Rusiya üçün əsas istiqamətdə ölkənin maraqlarına təcavüz"dən də danışıb və bunun təhlükəli yol olması ilə hədələyib.

O, həmçinin Rusiya ilə NATO arasında münasibətlərin yaxın gələcəkdə bu və ya digər formada bərpa olunacağına şübhə etdiyini bildirib.

"Əgər Qərbdə kimsə düşünürsə ki, bizə bu münasibətlər lazımdır və nə vaxtsa gəlib onların bərpasını xahiş edəcəyik, deməli bu, ən böyük səhvdir”, deyə Ryabkov vurğulayıb və əlavə edib ki, o, bunun hansı kontekstdə mümkün olacağını ağlına belə gətirə bilmir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->