Dünya 13:30 28.05.2023

Rusiya Zəngəzurda konsulluq açır

Rusiya Zəngəzurda konsulluq açacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Moskvada keçirilən erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib. 

"Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə (zəngəzur-red.) konsulluq açmasına razılıq verib", deyə XİN rəsmisi bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.

Paltovun sözlərinə görə, Zəngəzur bölgəsinə "yerində işləmək üçün adamların” göndərilməsi barədə qərar qəbul edilib.

"Belə ki, onlar artıq orada işləməyə başlayıblar və məqsəd təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə versinlər. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq", deyə Platov bildirib.

Aydın