Xəbər lenti

Rusiyada iri azərbaycanlı silah taciri tutuldu
Dünya15:41 21.07.2015

Rusiyada iri azərbaycanlı silah taciri tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Smolensk vilayəti ərazində xüsusi əməliyyat keçirərək Avropa Birliyi və Ukrayna ərazisindən qanunsuz yolla silah idxal edən dəstəni yaxalayıb.
Anspress-in məlumatına görə, 3 nəfəri polis olan 14 nəfərlik dəstənin əsas rəhbərlərindən biri Azərbaycan vətəndaşıdır. Rusiyanın “TASS” agentliyi sözügedən azərbaycanlının Azərbaycan ərazisində də məhkum olduğunu bildirir. Cinayətkarlar gətirdikləri silah partiyasını satan zaman yaxalanıblar. 
FTX Smolenskdə əməliyyat keçirir
FTX-nin məlumatına görə, qaçaq silah Rusiyanın 12 bölgəsinə göndərilirmiş. Əməliyyat nəticəsində 4 gizli silah istehsalı sexi, 2 sursat istehsalı sexi aşkarlanıb, qanunsuz dövriyyədən 150 odlu silah çıxarılıb. Müsadirə olunanlar sırasında Kalaşnikov avtomatları və pulemyotları, tapança pulemyotlar, karabinlər, M-16, M-4 və G-Z tüfəngləri, "Qlok", "Çezet", "Dezertİql", "Bereta" tapançaları, qumbaraatanlar, qumbaralar və s. var.
Qaynar.info