Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Duty Free" tennis çempionatının yarımfinal matçında xətt hakiminə qışqıran rusiyalı tennisçi Andrey Rublev aqressiyasının bədəlini ağır ödəyib.
Qaynarinfo-nun məlumatına görə, Dubay da keçirilən yarışda Rublev yarımfinalda qazaxıstanlı Aleksandr Bubliklə üz-üzə gəlib. Oyun zamanı rus tennisçi xətt hakiminə qışqıraraq aqressiv davranış nümayiş etdirib. Nəticədə idmana yaraşmayan ifadələr işlətdiyi üçün yarışdan diskvalifikasiya edilib.
Rublev məğlub hesab edildiyi və yarışdan kənarlaşdırıldığı üçün turnirdən pul mükafatı almaq hüququnu da itirib.
Səbuhi Həsənov
Şərhlər