Xəbər lenti

Dünya 23:05 29.04.2022

Rusiyanın işğal etdiyi Ukraynanın şəhərlərində valyuta rubla keçəcək

Rusiya işğal etdiyi Xerson şəhərində rəsmi valyuta kimi rubla keçir.

Qaynarinfo "Aljazeera” saytına istinad xəbər verir ki, bu barədə Rusiya rəsmiləri bildirib.

"Mayın 1-dən rubl zonasına keçəcəyik”,- hərbi və mülki idarəçi Kiril Stermousov deyib.

O keçici dövr üçün, 4 aylıq müddətə Ukrayna qrivnasının da istifadə edilə biləcəyini qeyd edib. Bundan sonra isə tamamilə rubl istifadəsinə keçiriləcək, - deyə Stremousov bildirib.

Onun iddiası hələ ki yüksək çinli rus rəsmiləri tərəfindən təsdiqlənməyib.

Ukraynanın ombudsmanı Lüdmila Denisova bu planı pisləyib və onu işğal aktı adlandırıb. O həmçinin şəhərə humanitar yardım göstərilməsinə mane olduğu üçün rus qüvvələrini Xerson sakinlərini aclığa məhkum etməkdə günahlandırıb.

"Xerson bölgəsində rus rublunun istifadəyə başlanması işğal aktıdır və Rusiya tərəfindən beynəlxalq hüququn kobud pozuntusudur”, - deyə Denisova deyib. 
Qeyd edək ki, bu həftə Rusiya bütün Xersonda nəzarəti ələ aldığını bildirib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->