Xəbər lenti

Rusiyaya qarşı sanksiyalar ləğv edilir? - Tramp cavab verdi
Dünya 16:53 26.02.2025

Rusiyaya qarşı sanksiyalar ləğv edilir? - Tramp cavab verdi

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı hazırda Rusiyaya qarşı sanksiyaların ləğvinin müzakirə olunmadığını, lakin gələcəkdə belə bir imkanın ola biləcəyini bildirib.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” istinadən yazır.  

Trampdan Ukraynada müharibənin nizamlanması ilə bağlı aparılan danışıqlar çərçivəsində Rusiyaya qarşı sanksiyaların ləğvinin nəzərdən keçirilib-keçirilmədiyi soruşulub.  

"Xeyr, hələlik heç kim sanksiyaları ləğv etməyib. Düşünürəm ki, bir gün bunu nəzərdən keçirə bilərik, amma hələlik yox”, – ABŞ prezidenti cavab verib.  

ABŞ-ın maliyyə naziri Skot Bessent isə bu yaxınlarda bildirib ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması Ukraynadakı müharibə ilə bağlı danışıqların predmeti ola bilər.  

Eyni zamanda, o vurğulayıb ki, ABŞ Rusiyanın danışıqlara hazırlığından asılı olaraq ya sanksiyaları sərtləşdirməyə, ya da yumşaltmağa hazırdır.  

Bundan öncə KİV-də məlumat yayılmışdı ki, ABŞ-ın dövlət katibi Marko Rubio Avropadakı müttəfiqlərə Rusiyaya qarşı sanksiyaların, ən azı, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər qüvvədə qalacağını vəd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->