Xəbər lenti

Ruslan İzzətli: "Avropa Birliyi Nazirliyi yaradılsın"
Siyasət08:31 08.01.2014

Ruslan İzzətli: "Avropa Birliyi Nazirliyi yaradılsın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

D18 Hərəkatının sədri Ruslan İzzətli Azərbaycan hakimiyyətinə yeni təklif irəli sürüb. 

Təklifdə qeyd edilir ki, Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsinin və mövcud problemlərini həll etməsinin tək yolu Avroatlantik məkana inteqrasiya etməsidir: “Bunun üçün Azərbaycan qonşu Türkiyə Cumhuriyyətinnin təcrübəsindən yararlanaraq, bu yöndə ciddi əməli addımlar atmalıdır. Əgər hakimiyyəti Avropaya inteqrasiyada səmimidirsə, Türkiyədə olduğu kimi yeni qurum - Avropa Birliyi Nazirliyini yaratmalıdır. Bu nazirlik ölkəmizin Qərbə inteqrasiya etmsində, demokratikləşməsində ciddi rol oynaya bilər. Türkiyədə Avropa Birliyi Nazirliyi yaradıldıqdan sonra Türkiyə ilə Avropa arasında siyasi, iqtisadi yöndə əlaqələrin güclənməsinə böyük töhfə verib. 

Adı çəkilən nazirlik vasitəsilə Türkiyə Avropanın bir çox ölkələri ilə elmi mübadilə qurulub. Bu Türkiyənin Avropa Birliyinə addımlamasına və demokratiyanın güclənməsinə böyük təkan verir. Azərbaycan da bu cür ciddi addım atmalıdır. Azərbaycan hakimiyyəti balanslaşma siyasəti yox, ölkənin demokratikləşməsinə və iqtisadi cəhətdən ciddi təsir edəcək Avropaya inteqrasiya addımı atmalıdır. Bunun üçün əməli addımlar atmalıdır. Bununla hakimiyyət Avropaya inteqrasiya və assosativ üzv üçün ilkin addım atmış olar. Bu ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, bu istəyimiz hakimiyyət tərəfindən çox isti qarşılanacaq”.

Qaynar.info