Xəbər lenti

Saakaşvili: "Eşq olsun Ukraynaya!"
Siyasət17:12 28.05.2019

Saakaşvili: "Eşq olsun Ukraynaya!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.
"Qafqazinfo”nun məlumatına görə, Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvili bu haqda Feysbuk hesabında paylaşım edib. Tanınmış siyasətçi Ukrayanın yeni prezidentinə sözügedən qərarına görə təşəkkürünü bildirib.
"Eşq olsun Ukraynaya!”, - deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.