Xəbər lenti

Saakaşvili: "NATO Gürcüstana hava kimi lazımdır"
Dünya17:56 27.04.2013

Saakaşvili: "NATO Gürcüstana hava kimi lazımdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO Gürcüstana hava kimi lazımdır. 

Musavat.com-un məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə deyib. Mixail Saakaşvili hazırda Birləşmiş Ştatlarda işgüzar səfərdədir.

"Bu gün mənim ABŞ-ın vitse-prezidenti ilə Gürcüstanın NATO-ya inteqrasiyasının sürətləndirilməsi, ABŞ-la sərbəst ticarət razılmaşması ilə bağlı dərin müxakirələrim oldu", - Mixail Saakaşvili deyib. O, qeyd edib ki, bu barədə vədləri Gürcüstana ABŞ prezidenti Barak Obama vermişdi.

"Vitse-prezident əmin etdi ki, ABŞ bizi atmayıb və bu, şəxsən mənim üçün çox vacibdir", - deyən Mixail Saakaşvili qeyd edib ki, bu məsələlərin onun prezidentliyi müddətində həll olunması üçün hökumətlə intensiv iş davam etdirilməlidir.

Qaynar.info