Dünya 17:55 31.01.2023

Saakaşvilinin vəziyyəti ağırlaşdı, reanimasiyaya köçürülür

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son aylarda saxlandığı Vivamedi xəstəxanasından reanimasiya şöbəsinə köçürülür. 

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari” telekanalı Vahid Milli Hərəkatın üzvü Georgi Çaladzeyə istinadən məlumat

Mikheil Saakashvili is taken to intensive care - Chaladze pic.twitter.com/90Y4EAIiB3

— Mtavari TV (@MtavariChannel) January 31, 2023 ">yayıb.

Onun sözlərinə görə, siyasətçinin vəziyyəti ağırdır.

Eyni zamanda, Vivamedi klinikasının direktoru Nino Nadiradzenin sözlərinə görə, Saakaşvili hələ də oradadır. "O köçürülməyib, palatadadır”, - o, "Azadlıq” radiosunun Gürcüstan xidməti ilə söhbətində deyib. Daha sonra Saakaşvilinin transferi ilə bağlı məlumatı onun vəkili Şalva Xaçapuridze də təsdiqləyib. "Novosti Georgia” informasiya portalı Saakaşvilinin anası Giuli Alasaniyaya istinadən yazır ki, yanvarın 31-də səhər saatlarında siyasətçi huşunu itirib, hərarəti yüksəlib. 

Saakaşvilinin möhlət və azadlığa buraxılmasına dair vəsatəti fevralın 1-nə təyin edilmiş məhkəmə iclasında baxılacaq. 

Xatırladaq ki, Saakaşviliyə qarşı mənimsəmə də daxil olmaqla 5 cinayət işi açılıb. O, 2021-ci ilin payızında Gürcüstana qayıtdıqdan az sonra saxlanılıb. Siyasətçi Rustavi həbsxanasına göndərilib və o vaxtdan həbsdədir. 2022-ci ilin dekabrında o, onu zəhərləməyə çalışdıqlarını bildirib. Yanvar ayında Saakaşvilinin koronavirusa yoluxduğu elan edilib,  lakin "Mtavari”nin məlumatına görə, yeni koronavirus testi mənfi çıxıb.

Nizami Bağırov