Xəbər lenti

"Sabah" Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazandı
İdman11:34 07.09.2026

"Sabah" Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" Misli Premyer Liqasının IV turunda "Zirə"ni 5 cavabsız qolla üstələyərək çempionatda 25-ci böyükhesablı qələbəsini qazanıb.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı təmsilçisi evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ən azı 25 belə qələbəsi olan 11-ci komanda olub.

Qeyd edək ki, "Sabah" ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da "Səbail" üzərində qazanıb (3:0).