Braziliyanın Baş Prokurorluğu Federal Ali Məhkəmədən keçmiş prezident Jair Bolsonaruya qarşı təqdimatı Brasiliyadakı təhrik işinə daxil etməyi xahiş edib.
Qaynarinfo "CNN Brasil"ə istinadən xəbər verir ki, məhkəmə nəzarət orqanının tələbini təmin edib.
Buna səbəb yanvarın 10-da dərc olunan və sonradan silinən videoda keçmiş dövlət başçısının uduzduğu seçkilərin nəticələrini şübhə altına almasıdır. Prokurorluğun bildirdiyinə görə, bu yolla Bolsonaru "cəmiyyəti cinayət törətməyə təhrik edən hərəkətə yol verib ki, bu da Cinayət Məcəlləsinin 286-cı maddəsinin pozulması deməkdir”.
İstintaq qrupu iğtişaşlarla bağlı yeddi iş açıb. Onlar etirazçıların hərəkətlərinə, iğtişaşların mümkün sponsorlarının və ideoloqlarının, baş verənlərdə əli ola biləcək təhrikçilərin və administrasiya nümayəndələrinin axtarışına aiddir.
Xatırladaq ki, keçmiş prezident Jair Bolsonarunun tərəfdarları Lula da Silvanın qalib gəldiyi prezident seçkilərinin nəticələri ilə razılaşmadıqları üçün etiraz aksiyaları təşkil ediblər. Yanvarın 8-də etirazçılar hökumət binalarına basqın ediblər. Bununla bağlı 2 mindən çox insan saxlanılıb. Məhkəmənin qərarı ilə Braziliyanın paytaxtının qubernatoru vəzifəsindən kənarlaşdırılıb.
Nizami Bağırov