
"Dünyanın diqqətini cəlb etmək istəyirlər ki, Azərbaycan erməni xalqını məhv eləmək istəyir, biz tək qalmışıq, bizə dəstək olun. Məqsədləri dünyaya məhz bu mesajı verməkdir”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejimin "peşəkar ordu” formalaşdırmaq üçün qəbul etdiyi "qanun layihəsini” şərh edərkən deyib. Politoloq belə məlumatları ciddiyə almamağı tövsiyə edib:
"Onlar panika halında oturub özlərindən qərarlar uydururlar və vəziyyətdən çıxmaq üçün hansısa bir təbliğat xarakterli addımlar atırlar. Bu qərar da belə addımların tərkib hissəsidir. Kimləri cəlb eləmək lazımdırsa, artıq buna nail olublar. İstər Qarabağda olan ermənilər arasında, istərsə də Ermənistandan kimləri cəlb etmək istəyiblərsə, onlar döyüşdədir. Qarabağda Azərbaycana qarşı vuruşan ordu aydındır ki, Ermənistan ordusudur”.
Politoloq qeyd edib ki, ola bilər ehtiyyatda olan hərbiçilər var, onları dəvət ediblər, amma onlar dəvəti qəbul etmirlər:
"Bu vəziyyətdən çıxmaq üçün təbliğata yönəlmiş addımlar da atırlar. Yəni, dünyaya göstərmək istəyirlər ki, Azərbaycan bizi qırır, öldürür, tək qalmışıq, bizə kömək edin, dəstək verin. Bu tip qərarlar məncə, çərəsizlikdən doğan, eyni zamanda daha çox xarici ölkələrdə təbliğata yönəlmiş addımlardır”.
Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim "peşəkar ordu” formalaşdırmaq üçün "qanun layihəsi” qəbul edib. Məlumatda bildirilib ki, həmin "qanun"da muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsi nəzərdə tutulub.
Bahar Rüstəmli