Xəbər lenti

Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı
Dünya14:40 11.03.2025

Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
Qaynarinfo xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.