Xəbər lenti

Sem Altman süni intellektin gələcəyini proqnozlaşdırdı:
Dünya 16:00 27.09.2025

Sem Altman süni intellektin gələcəyini proqnozlaşdırdı: "Nadir ağıllı dövr" başlayır

"OpenAI" şirkətinin baş direktoru Sem Altman süni intellektin gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, insanlıq yaxın illərdə "rəqəmsal nadir ağılla" qarşılaşacaq və bu proses qaçılmazdır.

Altman "Politico"ya müsahibəsində bildirib ki, şirkətin son modeli GPT-5 artıq bir çox sahədə ondan daha ağıllıdır. O, əmindir ki, yaxın illərdə süni intellekt elmi kəşflər edəcək və bunlar insanların özlərinin edə bilməyəcəyi nailiyyətlər olacaq.

Onun sözlərinə görə, artıq 2026-cı ildə yeni və "təsirli" modellər meydana çıxacaq, onilliyin sonuna doğru isə əsl "nadir ağıllı" süni intellekt formalaşacaq.

"Əgər 2030-cu ilə qədər bizdə insanların edə bilmədiyi şeyləri bacaran modellər olmasa, mən çox təəccüblənəcəyəm", deyə Altman vurğulayıb.

Bənzər proqnozu daha əvvəl "xAI" şirkətinin qurucusu İlon Mask da vermişdi. O, süni intellektin artıq insanların əksəriyyətindən ağıllı olduğunu, onilliyin sonuna qədər isə bütün bəşəriyyətdən ağıllı olacağını söyləmişdi.

Altman etiraf edib ki, süni intellekt bəzi peşələrin yox olmasına səbəb olacaq. Lakin eyni zamanda yeni imkanlar yaradacaq və iqtisadi artımı sürətləndirəcək. Onun proqnozlarına görə, yaxın gələcəkdə iqtisadi fəaliyyətin 30-40 faizini süni intellekt yerinə yetirəcək.

Qeyd edək ki, "OpenAI" avqust ayında GPT-5 modelini təqdim edib. Altman onu "cibinizdəki alimlər komandası" adlandıraraq, bu yeniliyi ilk Retina ekranlı iPhone təəssüratı ilə müqayisə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->