Xəbər lenti

Səudiyyə dünyanın ən böyük əyləncə mərkəzini inşa edir (FOTOLAR)
Dünya12:50 30.04.2018

Səudiyyə dünyanın ən böyük əyləncə mərkəzini inşa edir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda dünyanın ən böyük əyləncə mərkəzi olan "Qiddiya" layihəsinin əsası qoyulub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Riyadın 40 km qərbində 334 kvadrat kilometrdə yerləşən yerdəki inşaat işlərinin təməlini Səudiyyə rəhbəri Kral Salman qoyub. 
2022-ci ildə istifadəyə veriləcək əyləncə mərkəzi "Disney World"dən 2,5 dəfə böyükdür. Layihənin rəsmilərindən olan Maykl Reininqer əyləncə mərkəzinin idman, əyləncə, mədəni tədbirlərə ev sahibliyi edəcəyini, mərkəzi əvəzsiz etmək üçün tədqiqatlara davam etdiklərini vurğulayıb. 
Əyləncə mərkəzi 2030-cu ilə qədər 17 milyon ziyarətçini qəbul edəcək potensiala sahib olacaq. 57 min insan burada işləyə biləcək və əylənmək üçün xarici ölkələrə gedən Səudiyyə vətəndaşlarını cəlb etdiyinə görə təxminən 30 milyard dollar məbləğ ölkə daxilində qalacaq. "Qiddiya"nın çox sayda beynəlxalq investoru cəlb edəcəyi təxmin edilir.
Gülşən