Xəbər lenti

Səudiyyənin vəliəhd şahzadəsi bu gün Türkiyədə Ərdoğanla görüşəcək
Dünya11:20 22.06.2022

Səudiyyənin vəliəhd şahzadəsi bu gün Türkiyədə Ərdoğanla görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman üçüncü regional tur stansiyasında prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçünbu gün çərşənbə (22 iyun) Türkiyəyə səfər edəcək.
Qaynarinfo bu barədə "Əl Arabiya" agentliyinə istinadla xəbər verir.
İki yüksək rütbəli rəsmi ölkənin paytaxtı Ankarada Türkiyə Prezident sarayında görüşəcək və iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.
Səudiyyə vəliəhdinin Türkiyədəki ən mühüm iş planında iqtisadi məsələlər və ticarət, turizm, səhiyyə və müdafiə sənayesi kimi müxtəlif sektorlarda ortaq əməkdaşlığa diqqət yetiriləcək.
Vurğulanır ki, ötən ilin aprelində Türkiyə prezidenti iki regional güc arasında münasibətləri inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanına rəsmi səfər edib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi regional səfərinə bazar ertəsi axşam Misirə, sonra isə İordaniyaya səfərlə başlayıb. Tura bu gün şahzadə Məhəmmədin Türkiyə səfəri ilə yekun vurulacaq.
M.Arif