Xəbər lenti

Səudiyyənin vəliəhd şahzadəsi ilk dəfə İsraili açıq şəkildə pislədi
Dünya 12:37 11.11.2023

Səudiyyənin vəliəhd şahzadəsi ilk dəfə İsraili açıq şəkildə pislədi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə günü İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərini pisləyib və hərbi əməliyyatları dayandırmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, o, Ər-Riyadda Ərəb-Afrika sammiti zamanı deyib: "Biz Qəzza zolağında müşahidə etdiyimiz hərbi təcavüzü pisləyirik.

"Yaxın Şərq mediası qeyd edir ki, bu, Məhəmməd bin Salmanın Qəzza zolağındakı vəziyyətlə bağlı ilk belə açıq bəyanatıdır", deyə "Interfax" qeyd edir.

"Biz bu müharibəyə və vətəndaşların məcburi köçkünlüyünə son qoymağın vacibliyini vurğulayırıq", deyə şahzadə bildirib. Onun sözlərinə görə, sabitliyə qayıtmaq və sülhün bərpası üçün şərait yaratmaq lazımdır.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasına sadiq qalır. Məhəmməd bin Salman sentyabrda deyib ki, Ər-Riyad və İsrail münasibətləri "hər gün” normallaşdırmağa yaxınlaşır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->