Xəbər lenti

Si Szinpin Çinin arzusunu açıqladı
Dünya 18:43 23.09.2024

Si Szinpin Çinin arzusunu açıqladı

"Kosmosun tədqiqi və kosmik güc qurmaq Çinin arzusudur və buna can atmaqdan heç vaxt yorulmayacaq".

Qaynarinfo xəbər verir ki, bunu Çin Mərkəzi Televiziyasının efirində Çin sədri Si Szinpin deyib.

Sentyabrın 23-də Çin Xalq Respublikasının sədri iyun ayında pilotsuz uçan aparatı Ayın uzaq tərəfindən Yerə torpaq şəkillərini çatdıran "Çanqe-6" missiyasının üzvləri ilə görüşüb. Si Szinpin qeyd edib ki, bu, ölkənin daha bir əlamətdar nailiyyətidir. Siyasətçinin sözlərinə görə, təbii peykdən torpaqların çıxarılması Çinin Ay proqramında mühüm rol oynayacaq.

"Ümid edirəm ki, kosmos cəbhəsindəki yoldaşlar Ay nümunələri üzərində hərtərəfli elmi araşdırmalar aparmaq fürsətindən istifadə etməkdə daha əzmkar olacaqlar və həmçinin irimiqyaslı kosmik layihələri həyata keçirməyə davam edəcəklər", deyə Si Szinpin bildirib.

Sentyabrın 10-da Çin hakimiyyəti yaxın onilliklərdə Ayda bazaların yaradılması layihəsinin təfərrüatlarını açıqlayıb. Çinin Anhuy əyalətində keçirilən Dərin Kosmos Tədqiqatları üzrə ikinci Beynəlxalq Konfransda Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) infrastrukturunun inkişafı ilə bağlı məlumat təqdim olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->