KXDR Yaponiya dənizi istiqamətində bir neçə qısa məsafəli qanadlı raket atıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi Cənubi Koreyanın Baş qərargah rəisləri komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Komitədən verilən məlumata görə, mərmi məsafəsi təqribən 150 km-ə çatıb.
Xatırladaq ki, KXDR hakimiyyəti respublikada hələ də koronavirus infeksiyası halının aşkarlanmadığını bildirir.
Alpər