Sağlamlıq 16:34 02.08.2022

Son sutkada koronavirusa yoluxanların sayı 500-ü keçdi

Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
 
Son gündə koronavirus əleyhinə 2 195 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.

Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 368 olub. Pozitiv nəticədən sonra "buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 820 206 təşkil edir.