Ölkə 17:10 21.04.2023

Son sutkada neçə nəfər yoluxub?

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 24 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 81 nəfər isə sağalıb, 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 065 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 480 nəfər müalicə olunaraq sağalıb, hazırda 363 aktiv xəstə var. Bu günə qədər 10 222 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 319, bu günə qədər isə ümumilikdə 7 581 147 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 8 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 958 962 olub.