Xəbər lenti

Son sutkanın yoluxma statistikası
Sağlamlıq15:07 28.12.2022

Son sutkanın yoluxma statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 641 nəfər müalicə olunaraq sağalıb, hazırda 516 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2082, bu günə qədər isə ümumilikdə 7 425 687 test icra olunub.
Bu gün 429 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 38 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 168-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 22 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 930 685 olub.