Ölkə 16:44 07.05.2023

Son sutkanın yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 555 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 124 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 174 nəfərdir.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 800, bu günə qədər isə ümumilikdə 7 597 287 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 44 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 966, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 374, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 182 nəfər təşkil edir.