Bu gün 2021-ci il sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.
Qaynarinfo Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, mükafat Maria Ressa və Dmitry Muratova verilib.
Onlar bu mükafata "demokratiya və dayanıqlı sülh üçün ön şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” layiq görülüblər.