Supermodellər Cici və Bella Hadidin anası, 60 yaşlı Yolanda van den Herik nişanlanıb.
Qaynarinfo "EOnline"yə istinadən xəbər verir ki, bu barədə qadın özü məlumat verib.
Yolanda van den Herik Cozef Ginqoli ilə nişanlandığını elan edib. 60 yaşlı qadın ilk cəhdindən iki il sonra sevgilisinin evlilik təklifinə razılaşıb.
"Həyatım boyu sizin kimi biri üçün dua etmişəm", deyə Yolanda sosial mediada yazıb.
Cozef Ginqoli ciddi diaqnozları olan insanların reabilitasiyası üçün dəstək mərkəzinin sahibidir.
Yolanda Niderland-Amerika televiziyası siması, keçmiş modelyer və interyer dizayneridir. 2012-ci ildə Hadidə ağır Lyme xəstəliyi diaqnozu qoyulub. Daha sonra o, xəstəliyin müalicəsinə kömək etmək üçün qoluna bir port implantasiya etdiyini açıqlayıb. Bir il sonra port çıxarılıb. 2015-ci ilin yanvarında qadın xəstəliyinin onu oxumaq, yazmaq və hətta televizora baxmaq qabiliyyətindən məhrum etdiyini bildirib.
Onun ilk həyat yoldaşı Fələstin əsilli İordaniya-Amerika daşınmaz əmlak inşaatçısı Məhəmmd Anvar Hadid olub. O, xüsusilə Bel Air, Los Angeles bölgəsi və Beverli Hillsdə dəbdəbəli otellər və malikanələr tikməsi ilə tanınıb. Cütlük 1994-2000-ci illərdə evli olublar, bu nikahdan üç övlad - Cici, Bella və Ənvər Hadid dünyaya gəlib.
Yolanda 2011-2017-ci illərd kanadalı musiqiçi, prodüser və bəstəkar David Valter Fosterlə evli olub.
Aydın
Şərhlər