Video 15:43 15.03.2023

Suraxanıdakı intiharla bağlı ilginc iddialar (VİDEO)

Bu ilin fevralında Bakının Suraxanı rayonunda intihar edən Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun yaxın qohumları Qaynarinfo-ya müraciət edib. 

Müraciət müəllifləri Ziyyədin və Etibar Gülməmmədovlar bildirir ki, İntiqam Zamanov intihara vadar edilib. "İntiqam Zamanov övladları və xanımı tərəfindən evdən qovulub. Daha sonra isə ona məxsus ev satılıb. O, bu məsələ ilə bağlı "Space” telekanalında aparıcı Amil Xəlilin "Gəl danış” verilişinə çıxıb. Verilişdən sonra isə bacısı Diləfruz İsmayılovaya zəng vuraraq, haqsızlığa dözə bilmədiyini deyib və telefonunu söndürüb. 28 fevral 2023-cü il tarixdə isə intihar edib. Onun evindən tapılan məktubda intiharının səbəbi kimi övladları və xanımının ona qarşı etdiyi əməlləri göstərib”, deyə Gülmmədovlar bildirib. 

Onların sözlərinə görə, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb: "Lakin hələ də heç bir istintaq aparılmayıb".

Onlar məsələ ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayaraq, işi nəzarətinə götürməyi xahiş ediblər. 

Şikayətçilər məktubda baş verənlərin şahidi kimi 24 nəfərin adını qeyd edib. 

Seyid