Xəbər lenti

Suriya prezidentindən sürpriz təyinat - Məşhur aktrisa deputat oldu
Dünya 19:04 03.07.2026

Suriya prezidentindən sürpriz təyinat - Məşhur aktrisa deputat oldu

Suriya prezidenti Əhməd əl-Şara keçmiş Bəşər Əsəd hakimiyyətindən sonra formalaşdırılan parlament üçün 70 üzv təyin edib. 

Qaynarinfo xəbər verir ki, təyin olunan şəxslər arasında tanınmış aktrisa Rozina Lazikani də yer alıb.

"Al Jazeera"nın məlumatına görə, 1 iyul tarixində həyata keçirilən təyinatla 210 yerlik Suriya Xalq Məclisinin bir hissəsi prezident tərəfindən müəyyənləşdirilib. Parlamentin qalan üzvlərinin isə 2025-ci ilin oktyabrında başlayan çoxmərhələli seçki prosesi ilə formalaşdırıldığı bildirilir.

70 nəfərlik siyahıda 15 qadın var

Məlumata əsasən, prezident əl-Şaranın təyin etdiyi 70 nəfərlik siyahıda 15 qadın yer alır. Bu addım yeni siyasi mərhələdə parlamentin formalaşdırılması prosesinin bir hissəsi kimi qiymətləndirilir.



Rozina Lazikani kimdir?

1990-cı ildə Hama şəhərində doğulan Rozina Lazikani Şam Ali Teatr Sənəti İnstitutunda səhnə dizaynı üzrə təhsil alıb. O, aktyorluq karyerasına 2013-cü ildə "Natirin” serialında kiçik rollarla başlayıb, daha sonra müxtəlif televiziya və kino layihələrində yer alıb.

Geniş tanınması isə "El Heybe” serialında canlandırdığı "Mona Şeyx əl-Cəbəl” obrazı ilə olub. O, 2017–2021-ci illər arasında serialın dörd mövsümündə rol alıb.
 


Siyasi mövqeyi və sosial şəbəkə paylaşımları

Məlumata görə, Lazikani sosial mediada Suriya inqilabına dəstək verən sənətçilər sırasında yer alıb və 2024-cü ilin dekabrında baş verən hadisələri "Suriya üçün azadlıq” kimi dəyərləndirib. O, Hama şəhərindən etdiyi paylaşımlarda yeni Suriya bayrağı ilə bağlı fotolara da yer verib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->