Xəbər lenti

Suriyada 400 rus əsgəri Əsədə qarşı vuruşur - ŞOK
Dünya07:19 21.09.2013

Suriyada 400 rus əsgəri Əsədə qarşı vuruşur - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinin birinci müavini Sergey Smirnov təxminən 400 rus vətəndaşının muzdlu olaraq Əsəd rejiminə qarşı vuruşduğunu deyib.

Qaynar.info
xəbər verir ki, İnterfaks agentliyinə açıqlama verən Smirnov, "Rusiyadan Suriyaya 300-400-ə yaxın muzdlu döyüşçünün getdiyini bilirik. Bunlar geri qayıdacaq və ölkəmiz üçün çox böyük təhlükə yaradacaq" deyib.

Yaroslavl şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının terrorla mübarizə toplantısında çıxış edən Smirnov bildirib ki, Rusiyanın qanunlarında başqa ölkədə muzdlu döyüşənlərlə bağlı heç bir maddə yoxdur.

Qaynar.info