Xəbər lenti

Taksimdə "hərəkətsiz" etiraz
Dünya18:50 18.06.2013

Taksimdə "hərəkətsiz" etiraz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taksim meydanında bir neçə nəfərdən ibarət qrup etiraz əlaməti olaraq bir müddət hərəkətsiz dayanıblar.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, qrupdakıların bir hissəsi Atatürk Mədəniyyət Mərkəzinə doğru baxarkən, digərləri üzünü Gezi parkı istiqamətinə çevirib.

Polis işçiləri etirazçıların ətrafında hər hansı bir hadisəyə qarşı hazır vəziyyətdə dayanıblar. Yerli və xarici KİV nümayəndələri isə etirazı maraqla qarşılayıblar.

Etirazlarını davam etdirən qrupa ətrafdakı insanlar alqışlarla dəstək verib. Turistlər də etirazı maraqla izləyiblər.

Bu arada İstiqlal küçəsində turistlər tərəfındən də tez-tez istifadə edilən nostalji tramvay "səfərlərinə başlayıb".

Qaynar.info