Əfqanıstanda Taliban bütün əfqan qadınlarına üzü örtən burka geyinməyi və başdan ayağa qapalı olmalarını əmr edib.
Qaynarinfo bu barədə "Asociated Press" agentliyinə istinadən xəbər
verir.
Taliban bildirib ki, burka geyinmədən küçəyə çıxan qadınlar 3 gün azadlıqdan məhrum ediləcək.
1996-2001 illərdə, Talibanın əvvəlki hakimiyyəti dövründə də qadınlara qarşı sərt məhdudiyyətlər tətbiq olunub. Qadınların təhsil almasına, burkasız evdən çıxmasın, yanında ər, qardaş, ata və oğlu olmadan səfər etməsinə qadağa qoyulmuşdu.
Dünyada yalnız Taliban hökümətinə xas olan "Yaxşılığa əmr və Pislikdən Çəkindirmək" adlı nazirliyin sözçüsü Xalid Hənəfi iddia edib ki, qadınlara qoyulan qadağa və məhdudiyyətlər onların "təhlükəsiz və ləyaqətli yaşamaqları üçündür".
M.Arif