Xəbər lenti

Təhsil ekspertindən deputatın “çoban direktorlar” fikrinə münasibət
Ölkə 15:34 15.12.2022

Təhsil ekspertindən deputatın “çoban direktorlar” fikrinə münasibət

"Bu gün də saxta diplomla işləyən müəllim və direktorlar çoxdur. Elə bunun nəticəsidir ki, cəmiyyətdə uyumsuzluq və anlaşılmazlığın şahidi oluruq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Elçin Əfəndiyev deputat Musa Qasımlının "Müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu” fikirinə münasibətində bildirib. 

İndiki dövrlə həmin dövrün müqayisəsinə gəlincə, Elçin Əfəndi bu gün həmin faktların azaldığını vurğulayıb:
 


"Amma biz çalışmalıyıq ki, kimlərsə tanışlıq, rüşvət müqabilində müvafiq direktor, yaxud da müəllim postlarını tutmasınlar. Elm və Təhsil Nazirliyinin də gördüyü işlər bu istiqamətdədir. Hazırda direktorların, müəllimlərin işə qəbulu, sertifikasiyaın keçirilməsi də bu cür məqamların aradan qalxmasına hesablanıb”.

Elçin Əfəndi müəllimlərin ünvanına belə bir fikir səsləndirilməsinə təəssüf etdiyini deyib:

"Həmin dövr qarışıq illər idi. Müstəqillik illərinin ilk dövrlərinə düşmüşdü. Təki iş getsin geyə kimi gəldi direktor təyin edirdilər. Məncə, bu ifadə normal qaydada ifadə olunmalı idi ki, kiminsə xətrinə dəyməsin”.

Qeyd edək ki, deputat Musa Qasımlı Milli Məclisdə (MM) "Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı "Müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu. Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır”, - deyə bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->